Azərbaycan Mərakeşə çay ixrac etməyə başlayıb

Biznes
  • 15 mart, 2024
  • 07:11
Azərbaycan Mərakeşə çay ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 69,25 milyon ABŞ dolları dəyərində 13 min 488 ton qara çay idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 5 % azdır.

Azərbaycana Şri-Lankadan 53,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 10 min 257 ton (-12 %), Rusiyadan 7 milyon ABŞ dolları dəyərində (+16 %) 1 min 173 ton (+3 %), Hindistandan 5,6 milyon ABŞ dolları dəyərində (+97 %) 1 min 417 ton (+73 %), Keniyadan 1,5 milyon ABŞ dolları dəyərində (+5 %) 312 ton (+9 %), İrandan 545 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 93 ton (+24 %) məhsul gətirilib.

Hesabat dövründə Azərbaycan 6,2 milyon ABŞ dolları dəyərində (-45 %) 663 ton (-61 %) qara çay ixrac edib.

Azərbaycan Gürcüstana 3,1 milyon ABŞ dolları dəyərində (-36 %) 346 ton (-40 %), Ukraynaya 1,4 milyon ABŞ dolları dəyərində (+31 %) 163 ton (+20 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 497 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 47 ton (+2,1 dəfə), Səudiyyə Ərəbistanına 245 min ABŞ dolları dəyərində (+89 %) 23 ton (+64 %), Təyin olmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 161 min ABŞ dolları dəyərində (+55 %) 9,8 ton (+56 %) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Mərakeşə (0,55 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.