Azərbaycan Meksikadan pivə alışını kəskin artırıb

Biznes
  • 05 oktyabr, 2022
  • 13:46
Azərbaycan Meksikadan pivə alışını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 2,645 milyon ABŞ dolları dəyərində 210,88 min dekalitr səməni pivəsi gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,1 %, kəmiyyət olaraq – 5,5 % çoxdur.

Qazaxıstandan 554,71 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59,2 % çoxdur) 51,06 min dekalitr (+37,8 %), Türkiyədən 543,44 min ABŞ dolları dəyərində (-1 %) 39,17 min dekalitr (-16,5 %), Rusiyadan 498,73 min ABŞ dolları dəyərində (-9,1 %) 50,65 min dekalitr (-20,5 %), Almaniyadan 356,62 min ABŞ dolları dəyərində (-9,7 %) 21,02 min dekalitr (-1,9 %), Meksikadan 265,92 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 16,7 min dekalitr (+2,5 dəfə) pivə alınıb.

Hesabat dövründə Azərbaycandan xaricə 6,73 min ABŞ dolları dəyərində (-27,8 %) 0,7 min dekalitr (-22,2 %) pivə göndərilib.

Polşaya 5,87 min ABŞ dolları dəyərində (-37 %) 0,6 min dekalitr (-33,4 %) və Gürcüstana 0,86 min ABŞ dolları dəyərində (+41 %) 0,1 min dekalitr (+10 dəfə) içki tədarük edilib.

44 - Tezliklə