Azərbaycan məhsulları Türkiyə bazarına güzəştli şərtlərlə çıxacaq

Biznes
  • 19 fevral, 2021
  • 13:06
Azərbaycan məhsulları Türkiyə bazarına güzəştli şərtlərlə çıxacaq
Mikayıl Cabbarov

"Türkiyə ilə Preferensial Ticarət Sazişinin martın 1-dən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

"Saziş bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - gömrük rüsumu ödəmədən ixracına imkan yaradacaq", - o qeyd edib.

Nazir ötən gün iştirak etdiyi, Ankara keçirilmiş Türkiyə-Azərbaycan İş Adamları Forumuna da toxunub: "Qardaş Türkiyə ilə yüksək siyasi münasibətlər iqtisadi - ticarət əlaqələrimizin genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu istiqamətdə növbəti addımları müzakirə etdik".

44 filmi