Azərbaycan məhsulları “Sial China 2019” Sərgisində nümayiş etdirilib
- 14 may, 2019
- 13:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Çinin Şanxay şəhərində “Sial China 2019” beynəlxalq sərgisi öz işinə başlayıb.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, mayın 16-na qədər davam edəcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan ixrac missiyasına daxil olan 12 Azərbaycan şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir. Bununla yanaşı, sərgidə 7 yerli şirkət fərdi qaydada iştirak edir. Bundan əlavə, Çinin Şanxay və Urumçi şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri vasitəsilə də Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən oan həmkarları ilə görüşlər keçirəcək, məhsulların satışına dair müzakirələr aparacaqlar.