Azərbaycan məhsulları 6-cı Çin-Avrasiya sərgisində təqdim olunur
- 30 avqust, 2018
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Çinin Urumçi şəhərində 6-cı Çin-Avrasiya sərgisi işə başlayıb.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirliyin və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkiləri, fındıq və qurudulmuş meyvə məhsulları sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır. Sərgi sentyabrın 1-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yerli məhsulların Çin bazarına çıxarılması, ixracın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir. Azərbaycanın Çinə təşkil olunmuş ixrac missiyası avqustun 29-dan etibarən Urumçi şəhərində səfərdədir. İxrac missiyası çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ixrac imkanlarının genişləndirilməsinə dair işgüzar görüşlər keçirilir, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılır.