Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 4 %-ə yaxın artırıb

Biznes
  • 18 aprel, 2025
  • 16:39
Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 4 %-ə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 30 milyon 566,8 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.

Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,5 %-ni təşkil edib.

Hesabat rübündə Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 filmi