Azərbaycan mebel idxalına çəkdiyi xərci təqribən 11 % azaldıb

Biznes
  • 20 aprel, 2024
  • 12:50
Azərbaycan mebel idxalına çəkdiyi xərci təqribən 11 % azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 48,061 milyon ABŞ dolları dəyərində mebel idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,7 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 1,480 milyon ABŞ dolları dəyərində mebel ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 7,2 % azdır.

Mebel üzrə idxal Azərbaycanın ümumi idxalının 1,29 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,6 % azdır.

Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,7 %, idxal isə 7,9 % azalıb.