Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-dən çox artırıb

Biznes
  • 17 oktyabr, 2024
  • 11:19
Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 119,1 milyon ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 9 ayı ilə müqayisədə 20,3 milyon BŞ dolları və yaxud 20,6 % çoxdur.

Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,8 %-ni təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.