Azərbaycan mebel idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

Biznes
  • 18 mart, 2024
  • 13:49
Azərbaycan mebel idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 19,3 milyon BŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % çoxdur.

2 ay ərzində mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,8 %-ni təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.