Azərbaycan mayda alıcı missiyası həyata keçirəcək

Biznes
  • 02 mart, 2020
  • 08:12
Azərbaycan mayda alıcı missiyası həyata keçirəcək

İqtisadiyyat Nazirliyinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) bu ilin may ayında ilk alıcı missiyasını həyata keçirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Fondun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.

Onun sözlərinə görə, missiya çərçivəsində Avropa ölkələrindən, o cümlədən Macarıstan, Xorvatiya və Almaniyadan Azərbaycan məhsullarının potensial alıcılarının ölkəyə gətirilməsi nəzərdə tutulur.