Azərbaycan Lüksemburqdan ətir tədarük etməyə başlayıb

Biznes
  • 26 dekabr, 2024
  • 09:12
Azərbaycan Lüksemburqdan ətir tədarük etməyə başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 28,6 milyon ABŞ dolları dəyərində 1 min 364 ton ətir və tualet suyu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 % çoxdur, kəmiyyət olaraq – 0,01 % azdır.

Hesabat dövründə Azərbaycan Fransadan 11,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 42 % çox) 109,3 ton (+36 %), Birləşmiş Ərəb Əmirliklərindən 3,4 milyon ABŞ dolları dəyərində (+16 %) 279,1 ton (-0,8 %), Çindən 2,4 milyon ABŞ dolları dəyərində (-0,2 %) 424,2 ton (-18 %), İspaniyadan 2,3 milyon ABŞ dolları dəyərində (+15 %) 61,4 ton (+70 %), Rusiyadan 2,2 milyon ABŞ dolları dəyərində (+25 %) 185 ton (+7,6 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Lüksemburqdan (2,2 min ABŞ dolları dəyərində 0,2 ton) tədarük həyata keçirilib.