Azərbaycan Liviyaya vafli ixracını bərpa edib

Biznes
  • 29 yanvar, 2025
  • 12:42
Azərbaycan Liviyaya vafli ixracını bərpa edib

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 3,6 milyon ABŞ dolları dəyərində 1 665 ton vafli və vafli həbləri ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 % azdır, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 1,55 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 % azdır) 801 ton (+9 %), Yəmənə 1,5 milyon ABŞ dolları dəyərində (-5 %) 622 ton (-6 %), İraqa 220 min ABŞ dolları dəyərində (+37 dəfə) 103 ton (+58 dəfə), İrana 115 min ABŞ dolları dəyərində (+2 %) 53 ton (-0,1 %), Çin 52 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 17,6 ton (+76 %) məhsul satıb.

Azərbaycan 3 il 6 aylıq fasilənin ardından Liviyaya tədarükü (2,3 min ABŞ dolları dəyərində 0,5 ton) bərpa edib.

2023-cü ildə Azərbaycandan 20 ölkəyə ixrac edilmiş 1 min 586 ton vaflinin 49,4 %-i Gürcüstanın, 36,9 %-i Yəmənin payına düşüb.

44 - Tezliklə