Azərbaycan Litvaya yod tədarükünü bərpa edib
- 22 aprel, 2025
- 12:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 2 ayında Azərbaycan 1,98 milyon ABŞ dolları dəyərində 35,2 ton yod ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 61 %, kəmiyyət olaraq – 64 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çinə 990 min ABŞ dolları dəyərində 18 ton (bir il əvvəl tədarük olmayıb), Hindistana 560 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % az) 10 ton (-44 %), Rusiyaya 396 min ABŞ dolları dəyərində (+51 %) 6,6 ton (+89 %), və Litvaya 37,88 min ABŞ dolları dəyərində 0,6 ton məhsul satıb.
Azərbaycan 3 il 3 aylıq fasilənin ardından Litvaya yod tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 197 ton yodun 37,6 %-i Çinin, 27,4 %-i Hindistanın payına düşüb.