Azərbaycan Litvadan torf alışını 2 dəfədən çox artırıb

Biznes
  • 30 iyun, 2025
  • 13:43
Azərbaycan Litvadan torf alışını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1 milyon ABŞ dolları dəyərində 5 523 ton torf (torf qırıntısı da daxil olmaqla) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 13 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 353 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çoxdur) 3 530 ton (+11 %), Latviyadan 206 min ABŞ dolları dəyərində (+31 %) 482 ton (+14 %), Rusiyadan 140 min ABŞ dolları dəyərində (-19 %) 663 ton (-30 %), Estoniyadan 118 min ABŞ dolları dəyərində 275 ton (bir il əvvəl tədarük olmayıb), Litvadan 102 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 364 ton (+2,2 dəfə) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 15 min 491 ton torfun 59 %-i Gürcüstanın payına düşüb.