Azərbaycan Latviyaya heyva tədarük etməyə başlayıb

Biznes
  • 28 yanvar, 2025
  • 08:20
Azərbaycan Latviyaya heyva tədarük etməyə başlayıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyon ABŞ dolları dəyərində 2 181 ton heyva ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 24 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 2 096 ton (-25 %), Birləşmiş Ərəb Əmirliklərinə 18,1 min ABŞ dolları dəyərində (+164 dəfə) 17,2 ton (+213 dəfə), Səudiyyə Ərəbistanına 17,95 min ABŞ dolları dəyərində (+3 dəfə) 1,4 ton (+17 %), Qazaxıstana 17,7 min ABŞ dolları dəyərində (+18 %) 35,8 ton (+39 %), Gürcüstana 12,6 min ABŞ dolları dəyərində (+18 %) 21,1 ton (+24 %) meyvə satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyaya tədarük (1,4 min ABŞ dolları dəyərində 2 ton) həyata keçirilib.

44 - Tezliklə