Azərbaycan Latviyadan torf alışını kəskin artırıb

Biznes
  • 18 dekabr, 2023
  • 12:22
Azərbaycan Latviyadan torf alışını kəskin artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,85 milyon ABŞ dolları dəyərində 9 min 743 ton torf (torf qırıntısı da daxil olmaqla) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 16 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 646,53 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26,4 % çoxdur) 6 min 465 ton (+26,3 %), Latviyadan 499 min ABŞ dolları dəyərində (+78 %) 1 min 268 ton (+68 %), Estoniyadan 300 min ABŞ dolları dəyərində (+57 %) 681 ton (+35 %), Litvadan 177 min ABŞ dolları dəyərində (-10 %) 623 ton (-11 %), Rusiyadan 110,4 min ABŞ dolları dəyərində (-27 %) 461 ton (-8 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilən 2,02 milyon ABŞ dolları dəyərində torfun 33,8 %-i Gürcüstanın, 17,6 %-i Latviyanın, 12 %-i Litvanın, 10,5 %-i Estoniyanın payına düşüb.