Azərbaycan Latviyadan qızılbalıq idxalını bərpa edib

Biznes
  • 11 fevral, 2025
  • 09:00
Azərbaycan Latviyadan qızılbalıq idxalını bərpa edib

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 6,2 milyon ABŞ dolları dəyərində 750 ton qızılbalıq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çilidən 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azdır) 329 ton (-15 %), Norveçdən 1,6 milyon ABŞ dolları dəyərində (+61 %) 163 ton (+8 %), Ukraynadan 1,3 milyon ABŞ dolları dəyərində (+38 %) 91 ton (+32 %), Estoniyadan 243 min ABŞ dolları dəyərində 50 ton (bir il əvvəl tədarük olmayıb), Latviyadan 166 min ABŞ dolları dəyərində 7 ton qızılbalıq alıb.

Azərbaycan 3 il 3 aylıq aradan sonra Latviyadan tədarükü bərpa edib.

44 - Tezliklə