Azərbaycan Küveytə rezin boru və şlanq ixrac etməyə başlayıb
- 09 dekabr, 2024
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 9 ayında Azərbaycan 546 min ABŞ dolları dəyərində 27,3 ton rezindən boru və şlanq ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə çoxdur, kəmiyyət olaraq – 4 % azdır.
Azərbaycan Norveçə 433 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 541 dəfə çoxdur) 11,75 ton (+196 dəfə), İraqa 27,3 min ABŞ dolları dəyərində 4,2 ton, Amerika Birləşmiş Ştatlarına 20,3 min ABŞ dolları dəyərində (-29 %) 1,3 ton (+7 dəfə), Ukraynaya 14,2 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb), Böyük Britaniyaya 12,7 min ABŞ dolları dəyərində (-72 %) 0,7 ton (-94 %) məhsul satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Küveytə (3,3 min ABŞ dolları dəyərində 0,07 ton) və İraqa tədarük həyata keçirilib.