Azərbaycan Kurasaoya sürtkü yağları satmağa başlayıb

Biznes
  • 28 aprel, 2025
  • 12:52
Azərbaycan Kurasaoya sürtkü yağları satmağa başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 6,1 milyon ABŞ dolları dəyərində 4 668 ton sürtkü yağları ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 38 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynaya 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % azdır) 1 666 ton (-37 %), İraqa 966 min ABŞ dolları dəyərində (-33 %) 555 ton (-61 %), Niderlanda 593 min ABŞ dolları dəyərində 399 ton (bir il əvvəl tədarük olmayıb), Kolumbiyaya 484,5 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 430 ton (+2,2 dəfə), Türkiyəyə 388 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 390 ton (+2,3 dəfə) məhsul satıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Kurasaoya tədarük (35,1 min ABŞ dolları dəyərində 23,4 ton) həyata keçirilib.

44 - Tezliklə