Azərbaycan Kosta-Rikadan elektrik naqillərinin tədarükünü bərpa edib

Biznes
  • 05 aprel, 2023
  • 11:41
Azərbaycan Kosta-Rikadan elektrik naqillərinin tədarükünü bərpa edib

Bu ilin yanvar ayında Azərbaycana xaricdən 3,2 milyon ABŞ dolları dəyərində 335 ton elektrik naqilləri (1000 V-dan çox olmayan/çox gərginlik üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 % çoxdur, kəmiyyət olaraq – 2 % azdır.

Böyük Britaniyadan 825 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 dəfə çoxdur) 23,73 ton (+14 dəfə), Türkiyədən 614,5 min ABŞ dolları dəyərində (-55,2 %) 100 ton (-49 %), Çindən 371 min ABŞ dolları dəyərində (+20 %) 75,8 ton (+36 %), İspaniyadan 247,2 min ABŞ dolları dəyərində (+8 dəfə) 9,1 ton (+38 %), Ukraynadan 216 min ABŞ dolları dəyərində (+46 %) 38,8 ton (+2,1 dəfə) məhsul alınıb.

İki il 3 aylıq fasilənin ardından Kosta-Rikadan (2,1 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycandan 553 min ABŞ dolları dəyərində (+13 dəfə) 144 ton (+131 dəfə) elektrik naqili ixrac edilib.

Belarusa 390,2 min ABŞ dolları dəyərində 113,5 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 67 min ABŞ dolları dəyərində (+17 dəfə) 20,9 ton (+33 dəfə), Ukraynaya 33,4 min ABŞ dolları dəyərində 8,8 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyaya 26,1 min ABŞ dolları dəyərində 0,2 ton (bir il əvvəl tədarük olmayıb), Böyük Britaniyaya 24,1 min ABŞ dolları dəyərində (-27 %) 0,1 ton (-74 %) məhsul göndərilib.

44 filmi