Azərbaycan Kolumbiyaya sürtkü yağlarının satışını kəskin artırıb

Biznes
  • 12 aprel, 2025
  • 16:23
Azərbaycan Kolumbiyaya sürtkü yağlarının satışını kəskin artırıb

Azərbaycan 3 milyon ABŞ dolları dəyərində 2 217 ton sürtkü yağları ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynaya 939 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 74 % çoxdur) 822 ton (+49 %), İraqa 459 min ABŞ dolları dəyərində (-18 %) 264 ton (-19 %), Estoniyaya 354 min ABŞ dolları dəyərində 243 ton, Niderlanda 294 min ABŞ dolları dəyərində 190 ton, Kolumbiyaya 278 min ABŞ dolları dəyərində (+2 dəfə) 220 ton (+83 %) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 51 713 ton sürtkü yağlarının 21,3 %-i Ukraynanın, 16,8 %-i Bolqarıstanın, 10,4 %-i İraqın, 6,8 %-i Gürcüstanın payına düşüb.

44 filmi