Azərbaycan KOB-larının Türkiyədən investor cəlb etməsi müzakirə olunub

Biznes
  • 06 sentyabr, 2022
  • 13:31
Azərbaycan KOB-larının Türkiyədən investor cəlb etməsi müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "Anadolu Aslanları İş Adamları Dərnəyi"nin sədr müavini Mustafa İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə KOBİA-nın sədri özü məlumat verib.

“Görüşümüzdə KOB-lar arasında əlaqələrin inkişafını, yerli KOB-ların layihələrinə Türkiyədən investorların cəlb edilməsini müzakirə etdik”, - deyə o, qeyd edib.