Azərbaycan Kiprə antifriz tədarük etməyə başlayıb

Biznes
  • 19 avqust, 2024
  • 08:46
Azərbaycan Kiprə antifriz tədarük etməyə başlayıb

Bu ilin I yarısında Azərbaycan 111,6 min ABŞ dolları dəyərində 118,7 ton antifriz ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 92 %, kəmiyyət olaraq – 98 % çoxdur.

Hesabat dövründə Azərbaycan İraqa 28,85 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 37 % azdır) 34,6 ton (-36 %), Gürcüstana 19,5 min ABŞ dolları dəyərində (+13 dəfə) 25,7 ton (+26 dəfə), Rusiyaya 17,7 min ABŞ dolları dəyərində (+112 dəfə) 14,9 ton (+250 dəfə), Türkmənistana 15,1 min ABŞ dolları dəyərində 15,7 ton (bir il əvvəl tədarük olmayıb), Livana 12,1 min ABŞ dolları dəyərində 7,8 ton (bir il əvvəl tədarük olmayıb) antifriz satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kiprə (1,8 min ABŞ dolları dəyərində 2,6 ton) tədarük həyata keçirilib.

44 - Tezliklə