Azərbaycan kərə yağı idxalını 16% azaldıb

Biznes
  • 30 iyun, 2023
  • 06:50
Azərbaycan kərə yağı idxalını 16% azaldıb

Bu ilin yanvar -may aylarında Azərbaycan 7 min 484 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kərə yağının və süddən hazırlanmış digər yağların idxal dəyəri 41 milyon 310 min ABŞ dolları olub.

Bu, dəyər baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 336 min ABŞ dolları (16,7%), həcm baxımından isə 1 433 ton (16,1 %) ABŞ dolları azdır.

Qeyd edək ki, kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 0,60 %-ini təşkil edib.

44 - Tezliklə