Azərbaycan Kanadaya makaron ixracını 2 dəfədən çox artırıb
- 26 avqust, 2024
- 10:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,62 milyon ABŞ dolları dəyərində 3 min ton makaron məmulatları (kuskusdan başqa) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 26 % çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 751,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 1 min 252 ton (+53 %), İraqa 589,4 min ABŞ dolları dəyərində (+1 %) 1 min 371 ton (+11 %), İsrailə 128,93 min ABŞ dolları dəyərində 200,34 ton (bir il əvvəl tədarük olmayıb), Səudiyyə Ərəbistanına 85 min ABŞ dolları dəyərində 125,14 ton (bir il əvvəl tədarük olmayıb), Kanadaya 31,6 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 43 ton (+2,2 dəfə) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 11 ölkəyə ixrac edilmiş 5 min 557 ton makaronun 46,1 %-i İraqın, 43,3 %-i Gürcüstanın payına düşüb.