Azərbaycan Kanadaya avtomobil tədarükünü bərpa edib
- 25 aprel, 2022
- 06:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk iki ayında Azərbaycandan xaricə 128,34 min ABŞ dolları dəyərində 5 ədəd minik avtomobili tədarük edilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,1 % azdır, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Almaniyaya 63,34 min ABŞ dolları dəyərində 2 ədəd, Kanadaya 45 min ABŞ dolları dəyərində 2 ədəd, Rusiyaya 20 min ABŞ dolları dəyərində 1 ədəd nəqliyyat vasitəsi satılıb.
Bir il əvvəl Almaniya və Rusiyaya minik avtomobilləri ixrac edilməyib. Dörd illik fasilənin ardından isə Kanadaya tədarük bərpa edilib.
Qeyd edək ki, ötən il Azərbaycan 3,1 milyon ABŞ dolları dəyərində 40 ədəd minik avtomobili ixrac edib, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Qətər, Gürcüstan, Rusiya, Türkiyə və Ukraynaya.