Azərbaycan Kanadadan gübrə alışını bərpa edib
- 19 iyun, 2025
- 17:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 32,4 milyon ABŞ dolları dəyərində 70 781 ton gübrə (orqanik gübrələrdən başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çox, kəmiyyət olaraq – 7 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 23,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 64 448 ton (-6 %), Türkiyədən 4,3 milyon ABŞ dolları dəyərində (+69 %) 1 233 ton (-14 %), İspaniyadan 846 min ABŞ dolları dəyərində (+30 %) 334 ton (+33 %), Belçikadan 648 min ABŞ dolları dəyərində (+1,2 %) 746 ton (+35 %), Çindən 417 min ABŞ dolları dəyərində (-64 %) 379 ton (-67 %) gübrə alıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Kanadadan gübrə tədarükünü (4,1 min ABŞ dolları dəyərində 0,3 ton) bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 160 960 ton gübrənin 88 %-i Rusiyanın payına düşüb.