Azərbaycan Kanadadan duz tədarük etməyə başlayıb

Biznes
  • 10 yanvar, 2025
  • 11:44
Azərbaycan Kanadadan duz tədarük etməyə başlayıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 10 min 584 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) idxal edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 21 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 669 min ABŞ dolları dəyərində (+43 %) 8 min 368 ton (+43,3 %), Rusiyadan 155,8 min ABŞ dolları dəyərində (-56 %) 953,3 min ton (-61 %), Belarusdan 155,5 min ABŞ dolları dəyərində (+26 dəfə) 621 ton (+44 dəfə), Pakistandan 99,1 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 168 ton (+3 dəfə), Türkiyədən 97,5 min ABŞ dolları dəyərində (+17 %) 226 ton (-0,1 %) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kanadadan (0,2 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.