Azərbaycan Kanada və Səudiyyə Ərəbistanına makaron ixrac etməyə başlayıb

Biznes
  • 07 fevral, 2024
  • 12:07
Azərbaycan Kanada və Səudiyyə Ərəbistanına makaron ixrac etməyə başlayıb

2023-cü ilin ilk 11 ayında Azərbaycandan xaricə 2,45 milyon ABŞ dolları dəyərində 4 min 828 ton makaron məmulatları (kuskusdan başqa) ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 92 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Azərbaycan Gürcüstana 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çoxdur) 2 min 137 ton (+7,3 %), İraqa 979 min ABŞ dolları dəyərində 2 min 165 ton (bir il əvvəl tədarük olmayıb), Səudiyyə Ərəbistanına 47,4 min ABŞ dolları dəyərində 61,8 ton, Türkmənistana 34,2 min ABŞ dolları dəyərində 48 ton (bir il əvvəl tədarük olmayıb), Kanadaya 29,3 min ABŞ dolları dəyərində 38,9 ton məhsul satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kanada və Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycana 16,7 milyon ABŞ dolları dəyərində (-13 %) 13 min 997 ton (-8 %) makaron məmulatları idxal edilib.

Azərbaycan Türkiyədən 8,3 milyon ABŞ dolları dəyərində (-10 %) 9 min 196 ton (-12,6 %), Rusiyadan 6 milyon ABŞ dolları dəyərində (-21 %) 3 min 672 ton (+3,8 %), Ukraynadan 1 milyon ABŞ dolları dəyərində (+53 %) 468 ton (+56 %), İtaliyadan 698 milyon ABŞ dolları dəyərində (+29 %) 359 ton (+26 %), Qazaxıstandan 142 min ABŞ dolları dəyərində (-60 %) 36 ton (-63 %) məhsul alıb.

44 - Tezliklə