Azərbaycan Kambocadan istiot idxalını bərpa edib
- 03 avqust, 2023
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 1,2 milyon ABŞ dolları dəyərində 317,1 ton istiot gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 58 %, kəmiyyət olaraq – 65 % çoxdur.
Hesabat dövründə Azərbaycana Vyetnamdan 656 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 168,3 ton (+2,5 dəfə), Türkiyədən 181,4 min ABŞ dolları dəyərində (-1,1 %) 43,9 ton (+2,3 %), Çindən 87,6 min ABŞ dolları dəyərində (+9,8 dəfə) 23,8 ton (+19,3 dəfə), Hindistandan 76,6 min ABŞ dolları dəyərində (+57 %) 33,5 ton (+60 %), Braziliyadan 67 min ABŞ dolları dəyərində (+6,1 dəfə) 16,8 ton (+6,7 dəfə) məhsul idxal edilib.
Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Kambocadan (0,04 min ABŞ dolları dəyərində 0,01 ton) istiot tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilmiş 737,5 ton istiotun 38,5 %-i Vyetnamın, 24,4 %-i Türkiyənin payına düşüb.