Azərbaycan kakao ixracından qazancını 2 dəfədən çox artırıb

Biznes
  • 18 iyun, 2022
  • 12:45
Azərbaycan kakao ixracından qazancını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 37,223 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır.

Hesabat dövründə Azərbaycanın kakao və ondan hazırlanan məhsullar ixracının dəyəri isə 3,665 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

5 ay ərzində kakao və ondan hazırlanan məhsullar üzrə idxal xərcləri Azərbaycanın ümumi idxalın 0,72 %-ni, ixrac gəlirləri isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

44 - Tezliklə