Azərbaycan kakao ixracından gəlirini 30 % artırıb
- 21 aprel, 2023
- 13:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 29,9 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40,9 % çoxdur.
Hesabat dövründə Azərbaycandan xaricə 2,274 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac olunub. Bu 1 il əvvələ nisbətən 29,9 % çoxdur.
Bu ilin 3 ayında kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,74 %-ni, ixrac isə ümumi ixracın 0,03 %-ni təşkil edib.
Xatırladaq ki, I rübdə Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % azdır.
Ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3 % azalıb, idxal isə 37,7 % artıb.