Azərbaycan kakao idxalına çəkdiyi xərci 27 %-dən çox artırıb

Biznes
  • 22 aprel, 2024
  • 09:35
Azərbaycan kakao idxalına çəkdiyi xərci 27 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 38,058 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 2,584 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 13,6 % çoxdur.

Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,03 %-ni, ixrac isə ümumi ixracın 0,04 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,6 % azdır.

Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,7 %, idxal isə 7,9 % azalıb.