Azərbaycan kakao idxalına çəkdiyi xərci 19 %-ə yaxın artırıb
- 28 oktyabr, 2024
- 09:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 91,039 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 6,899 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,4 % çoxdur.
Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,62 %-ni, ixrac isə ümumi ixracın 0,03 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,8 % azdır.
Xarici ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.
Son nəticədə xarici ticarətdə 5 milyard 212 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,7 dəfə azdır.