Azərbaycan kakao idxalına çəkdiyi xərci 17 % artırıb
- 15 iyul, 2023
- 06:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 52,5 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 4,7 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 0,06 % çoxdur.
Bu ilin 6 ayında kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,64 %-ni, ixrac isə ümumi ixracın 0,03 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,4 % çoxdur.
6 aylıq xarici ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,8 % azalıb, idxal isə 29 % artıb.
Son nəticədə xarici ticarətdə 9 milyard 769 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 19,4 % azdır.