Azərbaycanın ixrac missiyası Dubaydadır

Biznes
  • 09 dekabr, 2019
  • 10:37
Azərbaycanın ixrac missiyası Dubaydadır

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsullarımızın xarici ölkələrdə daha çox tanıdılması məqsədi ilə Azərbaycanın ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdədir.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, ixrac missiyasına qida sənayesi, turizm və tikinti materialları sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti daxildir. Səfər çərçivəsində Azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.

Xatırladaq ki, bu ilin noyabrın 1-nə iki ölkə arasında ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 26,2% artaraq 56,8 mln dollar təşkil edib. Hesabat dövründə ixrac 1% azalaraq 17,09 mln dollar, idxal isə 43,1% artaraq 39,7 mln dollar təşkil edib.

44 - Tezliklə