Azərbaycan İtaliyaya metanol ixracını kəskin artırıb
- 08 iyun, 2023
- 06:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 21,5 milyon ABŞ dolları dəyərində 99 min 633 ton metanol (metil spirti) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 14 % azdır.
Hesabat dövründə Azərbaycan İtaliyaya 5,96 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 27 min 73 ton (+4,4 dəfə), Niderlanda 3,97 milyon ABŞ dolları dəyərində (-40 %) 4 min 157 ton (-10 %), Rumıniyaya 3,95 milyon ABŞ dolları dəyərində (-50 %) 18 min 707 ton (-24 %), Latviyaya 3,2 milyon ABŞ dolları dəyərində 14 min 533 ton (ilk dəfə tədarük olub), Türkiyəyə 2,5 milyon ABŞ dolları dəyərində (-82 %) 12 min 471 ton (-71 %) məhsul satıb.
2022-ci ildə Azərbaycana (9 ölkədən) idxal edilən 504 min 333 ton metanolun 35,7 %-i Niderlandın, 25,7 %-i Türkiyənin, 17 %-i Rumıniyanın payına düşüb.