Azərbaycan İtaliyadan kivi alışını kəskin artırıb
- 14 iyul, 2025
- 13:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,6 milyon ABŞ dolları dəyərində 2 198 ton kivi idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 16 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % azdır) 2 126 ton (-18 %), Çindən 70,9 min ABŞ dolları dəyərində 70,14 ton (1 il əvvəl tədarük olmayıb), İtaliyadan 11,15 min ABŞ dolları dəyərində (+93 %) 1,4 ton (+93 %) və Çilidən 0,06 min ABŞ dolları dəyərində 0,01 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 3,8 min ton kivinin 98,2 %-i İranın payına düşüb.