Azərbaycan İspaniyadan yük avtomobilərinin alışını 4 dəfə artırıb
- 30 iyun, 2025
- 17:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 33,35 milyon ABŞ dolları dəyərində 2 613 ədəd yük avtomobili idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 0,5 % azdır.
Hesabat dövründə Azərbaycan Almaniyadan 17,6 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 9 % az) 1 869 ədəd (-7 %), Çindən 8,3 milyon ABŞ dolları dəyərində (-45 %) 416 ədəd (+20 %), Yaponiyadan 3,2 milyon ABŞ dolları dəyərində (-28 %) 148 ədəd (+45 %), İtaliyadan 1,7 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 60 ədəd (+40 %), İspaniyadan 1,3 milyon ABŞ dolları dəyərində (-24 %) 30 ədəd (+4 dəfə) yük avtomobili alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 8 430 ədəd 75 %-i Almaniyanın, 13 %-i Çinin payına düşüb.