Azərbaycan İspaniyadan yemiş toxumu almağa başlayıb
- 08 iyul, 2025
- 14:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 304 min ABŞ dolları dəyərində 0,7 ton yemiş toxumu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Tailanddan 212 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 81 % çoxdur) 0,2 ton (+28 %), Çindən 41,4 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,1 ton (+7 dəfə), Hindistandan 12,2 min ABŞ dolları dəyərində 0,03 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 12,1 min ABŞ dolları dəyərində (+2,3 %) 0,3 ton (+20 %), Türkiyədən 9,4 min ABŞ dolları dəyərində (+2 dəfə) 0,01 ton (-94 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyadan tədarük (1,4 min ABŞ dolları dəyərində 0,01 ton) həyata keçirilib.