Azərbaycan İspaniyadan taxta-şalban idxalını kəskin artırıb

Biznes
  • 13 iyun, 2024
  • 11:28
Azərbaycan İspaniyadan taxta-şalban idxalını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 1,27 milyon ABŞ dolları dəyərində 1 min 158 ton taxta-şalban idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 10 % azdır.

Hesabat dövründə Azərbaycan Belarusdan 346 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 482 ton (-22 %), Çindən 322 min ABŞ dolları dəyərində (+28 %) 203 ton (+34 %), Rusiyadan 301 min ABŞ dolları dəyərində (-15 %) 363 ton (+12 %), İspaniyadan 110,3 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 15,69 ton (+2,5 dəfə), İndoneziyadan 89,23 min ABŞ dolları dəyərində (+29 %) 40,92 ton (+0,1 %) məhsul alıb.

2023-cü ildə Azərbaycana 16 ölkədən idxal edilmiş 4 min 981 ton taxta-şalbanın 38,5 %-i Belarusun, 36,2 %-i Rusiyanın payına düşüb.