Azərbaycan İspaniyadan kələm idxalını bərpa edib
- 08 sentyabr, 2022
- 11:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 1,4 milyon ABŞ dolları dəyərində 3 min 391 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39 dəfə, kəmiyyət olaraq – 40 dəfə çoxdur.
Hesabat dövründə İrandan 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 35 dəfə artıb) 3 min 065 ton (+36 dəfə), Türkiyədən 113,5 min ABŞ dolları dəyərində 259,5 ton (1 il əvvəl tədarük olmayıb), Türkmənistandan 19,2 min ABŞ dolları dəyərində 48 ton, Gürcüstandan 6,5 min ABŞ dolları dəyərində 16,2 ton (tədarük olmayıb), Niderlanddan 0,7 min ABŞ dolları dəyərində 1 ton (tədarük olmayıb) və İspaniyadan 0,3 min ABŞ dolları dəyərində 0,4 ton məhsul gətirilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistandan tədarük həyata keçirilib. Bir il 6 aylıq fasilən ardından İspaniyadan kələm alışı bərpa edilib.