Azərbaycan İSO-ya üzv olan şirkətlərin potensial layihələrinin icrasını müzakirə edib
- 31 oktyabr, 2025
- 13:03
 
                            
                            
                        Azərbaycan İstanbul Sənaye Palatası (İSO) ilə potensial layihələrin icrasını müzakirə edib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İstanbul Sənaye Palatasının İdarə Heyətinin sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. İSO-ya üzv olan şirkətlərlə yerli biznes subyektləri arasında işbirliyinin fəal təşviqini, potensial layihələrin icrasını, investisiya, enerji, ticarət, sənaye, rəqəmsal texnologiyalar, infrastruktur və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsini vurğuladıq", - deyə nazir qeyd edib.
M. Cabbarov iki ölkənin istehsal və ixrac potensialını qlobal miqyasda gücləndirəcək strateji tərəfdaşlıqları inkişaf etdirməyin biznes əməkdaşlığın başlıca prioritetlərindən olduğunu qeyd edib.
 
             
            