Azərbaycan İraqa qarğıdalı yağının tədarükünü bərpa edib

Biznes
  • 14 fevral, 2025
  • 13:53
Azərbaycan İraqa qarğıdalı yağının tədarükünü bərpa edib

2024-cü ildə Azərbaycan 26,6 milyon ABŞ dolları dəyərində 19 028 ton qarğıdalı yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Azərbaycana Rusiyadan 10,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,2 % çoxdur) 7 595 ton (+10 %), Türkiyədən 8,3 milyon ABŞ dolları dəyərində (-30 %) 5 313 ton (-28 %), Amerika Birləşmiş Ştatlarından 7,4 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 5 974 ton (+3,4 dəfə), İtaliyadan 294 min ABŞ dolları dəyərində (-20 %) 140 ton (-9 %), Almaniyadan 9,7 min ABŞ dolları dəyərində (-31 ) 1,4 ton (-31 %) məhsul gətirilib.

Hesabat dövründə Azərbaycandan 747 min ABŞ dolları dəyərində (+55 %) 386 ton (+82 %) qarğıdalı yağı ixrac edilib.

Azərbaycan Gürcüstana 657 min ABŞ dolları dəyərində (+41 %) 338 ton (+63 %), İraqa 41,8 min ABŞ dolları dəyərində 21,8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 24 min ABŞ dolları dəyərində (+69 dəfə) 13 ton (+163 dəfə), Qazaxıstana 14 min ABŞ dolları dəyərində (+95 %) 7,4 ton (+2,3 dəfə), Belarusa 8,2 min ABŞ dolları dəyərində 4 ton (1 il 3 aydan sonra tədarük bərpa edilib) qarğıdalı yağı satıb.

Azərbaycan 8 il 4 aylıq fasilənin ardından İraqa tədarükü bərpa edib.

44 - Tezliklə