Azərbaycan İraqa noxud ixracını bərpa edib

Biznes
  • 31 avqust, 2024
  • 08:27
Azərbaycan İraqa noxud ixracını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 743 min ABŞ dolları dəyərində 1 047 ton qurudulmuş noxud ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 424,73 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 84 % çoxdur) dəyərində 675,8 ton (+88 %), Özbəkistana 297 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 351 ton (+2,8 dəfə), Türkiyəyə 21,1 min ABŞ dolları dəyərində 19,7 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 0,22 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) və İraqa 0,01 min ABŞ dolları dəyərində 0,01 ton noxud satıb.

Azərbaycan 4 ilin tamamında İraqa noxud tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycandan 5 ölkəyə ixrac edilmiş 1 min 325 ton noxudun 78,9 %-i Rusiyanın payına düşüb.