Azərbaycan İraq və Misirdən xurma idxalını bərpa edib

Biznes
  • 30 yanvar, 2024
  • 13:30
Azərbaycan İraq və Misirdən xurma idxalını bərpa edib

2023-cü ilin ilk 11 ayında Azərbaycan 10,4 milyon ABŞ dolları dəyərində 7,1 min ton xurma (təzə və ya qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 5 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 6,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 5 min 427 ton (+2 %), Tunisdən 1,9 milyon ABŞ dolları dəyərində (+28 %) 1 min ton (+32 %), İsraildən 1 milyon ABŞ dolları dəyərində (+24 %) 140 ton (+23 %), Əlcəzairdən 507 min ABŞ dolları dəyərində (-38 %) 273 ton (-39 %), Səudiyyə Ərəbistanından 347 min ABŞ dolları dəyərində (+5 dəfə) 90 ton (+11 dəfə) məhsul alıb.

Azərbaycan 1 il 8 aylıq fasilənin ardından İraqdan (6,7 min ABŞ dolları dəyərində 6 ton) və 1 il 6 aydan sonra Misirdən (78,4 min ABŞ dolları dəyərində 12,1 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 7,4 min ton xurmanın 78,2 %-i İranın, 11,5 %-i Tunisin, 7 %-i Əlcəzairin payına düşüb.

44 - Tezliklə