Azərbaycan İran və Səudiyyə Ərəbistanına xurma ixrac etməyə başlayıb

Biznes
  • 05 mart, 2024
  • 11:33
Azərbaycan İran və Səudiyyə Ərəbistanına xurma ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 127,2 milyon ABŞ dolları dəyərində 164 min 905 ton xurma ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 11 % artıb.

Azərbaycan Rusiyaya 114 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % çoxdur) 146 min 677 ton (+12 %), Ukraynaya 11 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 15 min 339 ton (+9 %), Belarusa 869 min ABŞ dolları dəyərində (-55 %) 919 ton (-51 %), Türkiyəyə 563 min ABŞ dolları dəyərində (+16 dəfə) 838 ton (+7,4 dəfə), Qazaxıstana 426 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 690 ton (+57 %) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İrana (2,85 min ABŞ dolları dəyərində 5,2 ton) və Səudiyyə Ərəbistanına (0,7 min ABŞ dolları dəyərində 0,9 ton) tədarük həyata keçirilib.

44 - Tezliklə