Azərbaycan İran və Özbəkistandan istiot alışını dəfələrlə artırıb
- 23 aprel, 2025
- 15:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 304,5 ton istiot idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 83 %, kəmiyyət olaraq – 73 % çoxdur.
Hesabat dövründə Azərbaycan Vyetnamdan 687 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 113 ton (+82 %), İrandan 252,2 min ABŞ dolları dəyərində (+13 dəfə) 62,6 ton (+14 dəfə), Türkiyədən 187 min ABŞ dolları dəyərində (-17 %) 32,3 ton (-30 %), Özbəkistandan 135 min ABŞ dolları dəyərində (+5 dəfə) 63 ton (+6 dəfə), Çindən 54 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 25,7 ton (+4 dəfə) istiot alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 885 ton istiotun 34 %-i Vyetnamın, 23 %-i Türkiyənin, 14 %-i Özbəkistanın payına düşüb.