Azərbaycan İordaniyaya antifriz ixracını bərpa edib

Biznes
  • 18 oktyabr, 2024
  • 13:15
Azərbaycan İordaniyaya antifriz ixracını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 140 min ABŞ dolları dəyərində 149 ton antifriz ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 30 % çoxdur.

Hesabat dövründə Azərbaycan İraqa 42,71 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % azdır) 51,15 ton (-40 %), Gürcüstana 28,75 min ABŞ dolları dəyərində (+61 %) 34,82 ton (+75 %), Rusiyaya 20,73 min ABŞ dolları dəyərində (+131 dəfə) 17,48 ton (+292 dəfə), Türkmənistana 15,13 min ABŞ dolları dəyərində 15,73 ton (bir il əvvəl tədarük olmayıb), Livana 12,11 min ABŞ dolları dəyərində 7,82 ton (bir il əvvəl tədarük olmayıb) antifriz satıb.

Azərbaycan 10 il 5 aylıq fasilənin ardından İordaniyaya (1,5 min ABŞ dolları dəyərində 1,4 ton) antifriz tədarükünü bərpa edib.