Azərbaycan İnvestisiya Holdinqi və Çin İnvestisiya Korporasiyası əməkdaşlıq edə bilər

Biznes
  • 25 fevral, 2025
  • 17:45
Azərbaycan İnvestisiya Holdinqi və Çin İnvestisiya Korporasiyası əməkdaşlıq edə bilər

Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Çin İnvestisiya Korporasiyası (CIC) müxtəlif istiqamətlərdə əməkdaşlığı müzakirə edilib.

"Report" bu barədə AİH-ə istinadən xəbər verir.

Məlumata görə, qurumun baş icraçı direktoru Ruslan Əlixanov Pekində CIC-nin sədri Zhang Qingsong ilə görüş keçirib. Görüşdə qlobal makro-iqtisadi vəziyyət, AİH və CIC arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.